GDU-da yaz semestrinin imtahan sessiyası uğurla davam edir
Gəncə Dövlət Universitetində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir.
Universitetdə yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb. İyun ayının 12-dən etibarən kompüter vasitəsilə test üsulunda imtahanların keçirilməsinə başlanılıb. 50 test sualını cavablandırmaq üçün 1 saat vaxt təyin edilib. Gün ərzində 2000-ə qədər tələbənin imtahanlarda iştirak etməsi nəzərdə tutulur.
Bununla yanaşı, bu gündən etibarən pilot layihə üzrə hazırlanan Biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələr şifahi qaydada imtahan verəcəklər.
İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi və auditoriyalarda imtahanların aparılması üçün lazımi şərait yaradılıb. İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apelyasiya Komissiyası təşkil edilib.
01 iyun 2023-cü il tarixdə başlayan imtahan sessiyasının 5 iyul 2023-cü il tarixdə yekunlaşaması nəzərdə tutulur.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti