GDU komandası minifutbol yarışının birincisi oldu

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş ali təhsil müəssisələri arasında minifutbol birinciliyi keçirilib. 

Yarışda Gəncə Dövlət Universitetinin (GDU), Azərbaycan Texnologiya Universitetinin (ATU), Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) və Mingəçevir Dövlət Universitetinin (MDU) komandaları təmsil olunub. 

Ali təhsil müəssisələri arasında baş tutan minifutbol birinciliyində I yeri GDU, II yeri ATU, III yeri isə ADAU komandası tutub. 

Qalib komandalar kubok və medallarla təltif edilib.

Qeyd edək ki, GDU-nun qalib komandasının baş məşqçisi Tural Əliyevdir.