GDU-nun əməkdaşları Milli Proqram çərçivəsində 6 həftəlik təlimlərdə fəal iştirak ediblər
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən Milli Proqram çərçivəsində Gəncə Dövlət Universitetinin akademik heyəti onlayn platformada təlimlərdə uğurla iştirak edirlər.
Universitetin Musiqi fənləri kafedrasının müəllimləri də “Coursera”da 6 həftəlik təlimlərdən faydalanaraq 20 ədəd Sertifikat (kaferdanın baş müəllimi Leyla Nəbiyeva 7 ədəd, baş müəllim Səidə Həsənova 5 ədəd, müəllim Ülviyyə Quliyeva 4 ədəd, baş müəllim Rəşidə Məmmədova 1 ədəd, baş müəllim Sevil Şabanova 1 ədəd, müəllim Aləmzər Abdullayeva 1 ədəd, müəllim Şövkət Bayramova 1 ədəd) əldə ediblər.





