GDU-nun əməkdaşı COP29 çərçivəsində keçirilən tədbirlərdə iştirak edib

            11 noyabr 2024-cü il tarixdən etibarən Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilib. Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində Mavi və Yaşıl Zonalarda müxtəlif yerli və beynəlxalq təşkilatların tədbirləri təşkil olunub və iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində göstərilən səylər, əldə olunan irəliləyişlər dəyərləndirilib, ən yaxşı həll yolları barədə müzakirələr aparılıb.

    14-22 noyabr tarixlərində Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, professor Sevda Əhmədova da Mavi Zonada təşkil olunan  tədbirlərdə iştirak edib. Panellərdə  müxtəlif ölkələrin nümayəndələri tərəfindən enerji, elm, texnologiya və innovasiya, səhiyyə, təhsil, kənd təsərrüfatı, turizm, təbiət, biomüxtəliflik kimi bir çox mövzulara həsr edilən müzakirələr aparılıb. Ətraf mühitin idarə olunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsinin əhəmiyyətindən və  ekoloji məsələlərin digər sektorlara inteqrasiyasından bəhs olunub, ekoloji tarazlığın qorunmasının həll yolları  məsələlərinə həsr olunmuş məruzələr dinlənilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti