GDU-nun əməkdaşları Türkiyədə keçirilən beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər

           2-4 sentyabr tarixlərdə Türkiyənin İzmir şəhərində  “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda  II Beynəlxalq konfrans keçirilib. Üç günlük elmi forum Ege Universiteti, Bakı Dövlət Universiteti və Özbəkistanın Andijan Dövlət Universiteti tərəfindən təşkil olunub.

      Konfrans Avrasiyada  ətraf mühitin pozulması nəticəsində   insan  həyatı üçün problem yaradan ekoloji  məsələlər və onların yumşaldılması istiqamətində qlobal prioritet olan çağırışlara  və yaranmış  strategiyalara  həsr edilib.

    Ölkəmizin müxtəlif ali təhsil və elmi tədqiqat müəssisələrindən olan alim-bioloqlar konfransa əyani və onlayn formada qatılıb.

     Gəncə Dövlət Universitetinin  Botanika kafedrasının əməkdaşları- biologiya elmləri doktoru, professor Aynur Bayramovanın və biologiya üzrə fəlsəfə doktoru Ramidə Quliyevanın “Qarabağın bioloji müxtəlifliyi və müasir perspektivləri” mövzusundakı birgə məruzəsi maraqla dinlənilib.

        4 ölkədən 110 məruzənin  təqdim edildiyi elmi forumda Avrasiyanın biomüxtəlifliyinin qorunmasında mövcud problemlər, onların həlli yolları, iqlim dəyişikliyi şəraitində bitkilərin vəziyyəti və nadir bitki növlərinin mühafizə strategiyaları ətraflı müzakirə olunub.  

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti