GDU-nun əməkdaşları Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Ekoloji Park Kompleksində ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin şəhid ailələri iştirak ediblər.

Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə və əməkdaşlar da şəhər ictimaiyyəti ilə birgə ağac əkiblər.