GDU-nun fakültələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbirlər keçirilib

         Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev – Ulu sərkərdə” adlı tədbir keçirilib.

       Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

      Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov,  Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov çıxış edərək müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, çiçəklənməsi,  qüdrətlənməsi naminə misilsiz xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıblar. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh, əmin-amanlıq, iqtisadi yüksəliş gətirdi. Müasir, qüdrətli Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Dövlət başçısı Cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi daha uğurlu və işıqlı gələcəyə doğru aparır.

     Çıxış edənlər Ulu Öndər tərəfindən gənc nəslin vətənpərvər ruhda formalaşdırılması, gənclərin təşkilatlanması və dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi sahəsində görülən işləri xüsusi vurğulayıblar.

     Tədbirin davamında tələbələrin ifasında Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib və vətənpərvərliyə aid mahnılar ifa edilib.

XXX

      Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.     

     Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

        Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq Ulu Öndər Heydər Əliyevin gənclərə nümunə olan şərəfli həyat yolu, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı danışıb. Qeyd edib ki, ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə artması məhz Ümumilli Lider Heydər Əliyevin yorulmaz və səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycanda hərtərəfli tərəqqinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. 

       Tədbirin davamında tələbələrin ifasında Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib və vətənpərvərliyə aid mahnılar ifa edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti