GDU-nun Tələbə-Gənclər Təşkilatı “İKT-nin gənclərin həyatında rolu” adlı seminar təşkil edib.

XXI əsrdə İnformasiya–Kommunikasiya Texnologiyası sahəsində əldə edilən uğurlar ölkəmizin inkişafına, sosial-iqtisadi həyatına öz müsbət təsirini göstərib. Hətta İKT bir çox insanların həyatının ayrılmaz hissəsinə, iş , əyləncə vasitəsinə çevrilib və onlarsız həyatı təsəvvür etmək olmur.
Dünya təcrübəsi göstərir ki, informasiya sahəsində güc sahibi olmaq üçün bacarıqlı kadrların yetişdirilməsi olduqca vacibdir. Beynəlxalq aləmdə öz sözünü deməyi bacaran respublikamızda bacarıqlı, yüksək təhsilli insanların hazırlanmasına hər cür şərait yaradılıb. Müxtəlif sahələrdə olduğu kimi təhsilin inkişafında, tədris prosesinin təşkilində, idarə olunmasında,informasiyaların nəsildən-nəsilə ötürülməsində İKT-nin rolu danılmazdı.
Bu məqsədlə Gəncə Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatı “İKT-nin gənclərin həyatında rolu” adlı seminar təşkil edilib. Seminar GDU-nin “İqtisadiyyat və idarəetmə” fakültəsinin tələbəsi Dərya Həkimzadə tərəfindən kecirilib.O, qeyd edib ki, gənclər daim nə isə öyrənməyə, nədənsə xəbər tutmağa can atır, eyni zamanda bildiklərini başqaları ilə bölüşmək istəyir, həm də çalışır ki, informasiya alma və ötürmə prosesini mümkün qədər tez yerinə yetirsin.Bu zaman köməyə İnformasiya-Kommunikasiya Texnologiyası vasitələri gəlir.
Dərya Həkimzadənin söylədiyi fikirlərə tələbələr öz münasibətlərini bildirib,informasiya texnologiyasının müasir dövrdəki yerindən, gənclərin həyatına təsirindən və ondan istifadə qaydaları haqda fikir mübadiləsi aparıblar.
Seminarın geniş diskussiya şəraitində keçməsi tələbələr tərəfindən razılıqla qarşılanıb.

10744692_320517561461436_1496890060_n1