GDU-nun tələbələri ekskursiyada olublar

Gəncə Dövlət Universitetinin (GDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Qiyabi şöbənin fəal gəncləri Gəncə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

    Tələbələrə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar verilib və mərkəzin fəaliyyət istiqamətlərindən danışılıb.

    Ekskursiya zamanı tələbələr Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əsk etdirən eksponat, fotoşəkil və kitablarla yaxından tanış olublar.

    Daha sonra tələbələr Gəncədə yerləşən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət ediblər.  Gənclərə  muzey haqqında geniş məlumat verilib. Bildirilib ki, muzeyin eksponatları Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünü əhatə edir.

   Ekskursiya tələbələrdə xoş təəssürat yaradıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti