GDU-nun tələbələri “GəncİNTELLEKT” adlı intellektual yarışıda iştirak ediblər

Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ölkənin ən böyük fərdi intellektual yarışı – “GəncİNTELLEKT” təşkil edilib.

Tədbir gənclərin müxtəlif sahələr üzrə biliklərini sınamaq və artırmaq, analitik və sürətli düşünmə qabiliyyətlərini gücləndirmək, fərdi potensiallarını üzə çıxarmaq və sağlam rəqabət mühiti formalaşdırmaq məqsədi daşıyıb. Yarış fərdi formatda icra olunub və düşüncə bacarıqlarına güvənən gənclər müxtəlif mövzularda hazırlanmış sualları cavablandırıblar.

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı sədri İsrafil Abbasov və universitetin İntellektual Oyun Klubunun üzvləri də yarışda fəal iştirak edərək həm biliyi ilə, həm də təşkilati dəstəyi ilə bu intellektual platformada təmsil olunublar.