GDU-nun tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Fizika və texniki fənlər fakültəsinin bir qrup fəal tələbəsi “Heydər Əliyev İli” çərçivəsində Gəncə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

    Burada tələbələrə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib və mərkəzin fəaliyyət istiqamətlərindən danışılıb.

    Ekskursiya zamanı tələbələr Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əsk etdirən eksponat, fotoşəkil və kitablarla yaxından tanış olublar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti