GDU-nun tələbəsi ümumrespublika bədii qiraət müsabiqəsində uğur qazanıb

Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin II kurs tələbəsi Ruqəyya Əliyeva  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Söz duyğusu, sənət sevdası” adlı ümumrespublika bədii qiraət müsabiqəsinin final mərhələsində uğur qazanıb. Müsabiqədə tələbəmizə “Ən vətənpərvər ifa” nominasiyası üzrə Diplom təqdim olunub.

     Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif  Yusibov ümumrespublika bədii qiraət müsabiqəsində uğur qazanan Ruqəyya Əliyeva ilə görüşüb.

     Rektor Yusif Yusibov universiteti layiqincə təmsil etdiyinə və uğur qazandığına görə tələbəni təbrik edərək, ona təhsilində uğurlar arzulayıb.

    Görüş zamanı Ruqəyya Əliyeva  ali təhsil ocağında tələbələrin hərtərəfli inkişafı üçün yaradılan şəraitə, eləcə də gənclərə göstərilən diqqət və dəstəyə görə  rektora minnətdarlığını bildirib.

      Qeyd edək ki,  “Söz duyğusu, sənət sevdası” adlı ümumrespublika bədii qiraət müsabiqəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunub.  2 mərhələ və finaldan ibarət olan müsabiqəyə 100-dən artıq tələbə müraciət edib və 15 nəfər gənc final mərhələsinə yüksəlib. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti