GDU-nun tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

           Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə  2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Gəncə Dövlət Universitetinin rəhbərliyinin dəstəyi ilə 5-ci tədris binasının həyətində növbəti ağacəkmə aksiyası keçirilib.

  Ağacəkmə aksiyasında Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Qiyabi şöbənin müdiri Elsevər Nağıyev və həmin şöbənin tələbələri iştirak ediblər.

    Təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə keçirilən ağacəkmə aksiyasında tələbələr xeyli sayda şam ağacı əkdikdən sonra onlara müvafiq aqrotexniki qulluq göstəriblər.

     Qeyd edək ki, universitet rəhbərliyi tərəfindən yaşıllıqların qorunması və zənginləşdirilməsi üçün mütəmadi olaraq ağacəkmə aksiyası təşkil edilir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti