GDU-nun tələbələri Gəncə SOS Uşaq Kəndində istehsalat təcrübəsində
10.03.2026–cı il tarixdə Gəncə Dövlət Universitetinin Təcrübə və Karyera şöbəsinin müdiri Cabbar Qarayev, Sosial fənlər kafedarasının müdiri Cavid Bağırzadə, fənn müəllimləri, Tarix və coğrafiya fakültəsinin Sosial iş ixtisasının IV kurs tələbələri Gəncə SOS Uşaq Kəndində olublar. Müəssisə ilə tanışlıq zamanı bildirilib ki, Gəncə Dövlət Universiteti ilə Gəncə SOS Uşaq Kəndi arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən bu tədris ilində də tələbələrin istehsalat təcrübəsində iştirak etməsinə şərait yaradılıb.
Daha sonra sosial işin təşkili, uşaqların himayəyə götürülməsi qaydaları, uşaqlarla aparılan tədbirlər, fərdi işlər haqqında tələbələrə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Gəncə SOS Uşaq Kəndinin direktoru Tale Cəfərov GDU tələbələrini müəssisənin fəaliyyəti ilə yaxından tanış edib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




