GDU-nun tələbələri Göygölün tarixi məkanlarında olublar
Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Kimya və Biologiya fakültəsinin tələbələri Göygölün tarixi məkanlarına ekskursiya ediblər.
Tələbələr XIX əsrdə alman sakinləri tərəfindən inşa edilmiş “yeraltı şəhər”i xatırladan zirzəmi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Tarixi məkanda nümayiş etdirilən eksponatlar və vaxtı ilə Göygöldə yaşayan almanların həyat tərzini haqqında ətraflı məlumat verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




