GDU-NUN TƏLƏBƏLƏRİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİBLƏR

                 27 Sentyabr – Anım Günü ilə əlaqədar Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva, Riyaziyyat-İnformatika, Pedaqoji, Tarix-Coğrafiya fakültələrinin əməkdaşları və tələbələri Gəncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək qəhrəman oğullarımızın əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.

     Ziyarət zamanı vurğulanıb ki, Şəhidlərin əziz xatirəsi qəlblərdə daim yaşayacaqdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti