GDU-nun Ümumi şöbəsinin müdiri Elmira Teyyub qızı Kərimova vəfat edib

           Gəncə Dövlət Universitetinin kollektivinə ağır itki üz vermişdir. Universitetin Ümumi şöbəsinin müdiri Elmira Teyyub qızı Kərimova 31 may 2024-cü il  tarixdə vəfat etmişdir.

     Elmira Kərimova 1946-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirmiş, 1965-1971-ci illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda (hazırkı Gəncə Dövət Universiteti) Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə qiyabi təhsil almışdır.
     1964-ci ildən Universitetin Dəftərxanasında makinaçı və kargüzar kimi fəaliyyət göstərmiş, 1965-ci ildən Dəftərxana müdiri vəzifəsinə təyin edilmişdir.
     2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən universitetin 70 illik yubileyində Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilmişdir. Əmək veteranı və YAP-ın üzvü olmuşdur.

    Gəncə Dövlət Universitetinin inkişafında əvəzsiz xidmətləri olmuş Elmira Teyyub qızı Kərimovanın ailəsinə və yaxınlarına dərin hüznlə bağsağlığı verir, səbr diləyirik.

     Allah rəhmət eləsin!

Rektorluq