GÜLSÜM

Humanitar məsələlər üzrə prorektor dosent Fətəliyeva Gülsüm İsa qızı

1947-ci ildə Zəngəzur mahalı Sisiyan rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub.

1965-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Kimya fakültəsini bitirərək kimyaçı ixtisasına yiyələnmişdir. 1967-ci ildən 1971-ci ilə qədər Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunda akademik Həsən Əliyevin rəhbərlik etdiyi «Meşə torpaqlarının tədqiqi» laboratoriyasında baş laborant, kimyaçı mühəndis vəzifələrində çalışmışdır. 1971-ci ildən 1976-cı ilə qədər Kirovabad (indiki Gəncə) Alüminium zavodunda kimyaçı, 1976-1981-ci illərdə orta məktəbdə müəllimə işləmiş, 1981-ci ildən Azərbaycan Texnologiya Universitetində çalışaraq  baş laborant, assistent, baş müəllim, dosent vəzifəsinə qədər yüksəlmişdir.

1988-ci ildə dissetasiya işi müdafiə edib kimya elmləri namizədi alimlik dərəcəsi, 1997-ci ildə isə dosent elmi adı almışdır.

Azərbaycan Texnologiya Universitetinin mədəni-kütləvi tədbirlər daimi komissiyasının, Universitet Qadınlar Şurasının və İaşə Məhsullarının Texnologiyası və Ekspertizası fakultəsində Tələbə Elmi Cəmiyyətinin sədri, 2011-ci ildə Tərbiyə işləri üzrə prorektor  vəzifələrində çalışmışdır. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi YAP-ın I, II, III, Azərbaycan Qadınlarının I, II və Azərbaycan müəllimlərinin I qurultayının nümayəndəsi olmuşdur. Gəncə şəhər Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədr müavinidir.

2007-ci ildə Respublika Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2016-ci il may ayından  Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru təyin edilmişdir.

60 elmi əsərin, o cümlədən 6 dərs vəsaitinin müəllifidir.

Ailəlidir.3 övladı, 8 nəvəsi, 2 nəticəsi var.