İnformasiya resurslarının formalaşması şöbəsi

Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Həmçinin ölkənin təhsil sisteminin yüksək İKT bilik və bacarıqlarına malik pedaqoji və inzibati kadrlarla təminatının müasir standartlar səviyyəsinə çatdırılması təxirəsalınmaz məsələ kimi qarşıda durur.

İnformasiya resurslarının formalaşması şöbəsinin yaradılmasının əsas səbəbi müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsidir.

İnformasiya resurslarının formalaşması şöbəsi Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin struktur bölməsidir. Departamentin Əsasnaməsinə uyğun olaraq 2020-ci ildə yaradılmış və İnnovasiyalar Departamentinin Nizamnaməsi əsasında fəaliyyət göstərəcəkdir. 

İnformasiya resurslarının formalaşması şöbəsinin məqsədləri aşğıdakılardır:

  • Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi;
  • Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması;
  • Kadr potensialının gücləndirilməsi – təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi;
  • Elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı bakalavr və müəllimlərin təkliflərini toplamaq  və ümumiləşdirmək;
  • Tələbələrin məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə elektron vasitələrin imkanlarından istifadə etmək.

Şöbə müdiri: Qasımova Aynur Ramazan qızı

Qasımova Aynur Ramazan qızı 1996-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə bakalavriat səviyyəsinə qəbul olmuş, 2000-ci ildə bitirmişdir. 2000-2002-ci illərdə Bakı Dövlət Universitetinin Funksional analiz kafedrasında funksiyalar nəzəriyyəsi və funksional analiz ixtisaslaşması üzrə magistratura pilləsində təhsil alaraq fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2005-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda  Analiz – funksional analiz ixtisası üzrə aspiranturaya qəbul olaraq Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi işləmişdir.  2005-ci ildən hazırki vaxta qədər Gəncə Dövlət Universitetinin Riyazi analiz kafedrasında baş müllim,  2007-2020-ci illərdə Riyaziyyat – İnformatika fakültəsində Humanitar məsələlər üzrə dekan müavini vəzifəsində çalışmış, hazırda Gəncə Dövlət Universitetinin İnnovasiyalar departamentində İnformasiya resurslarının formalaşması şöbəsinin müdiri vəzifəsində çalışır.

2016-cı ildə “Artan potensiallı həyacanlanmiş Ştark operatorunun spektral xarakteristikalarının analizi”  mövzusunda elmi tədqiqat işini müdafiə etmiş, 5 may 2017-ci ildə Azəerbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini almışdır.

A.R.Qasımova ”Artan potensialli həyacanlanmiş Ştark operatorunun spektral xarakteristikalarinin analizi” mövzusu istiqamətində 32 elmi məqalə (onlardan 5-i xarici ölkələrdə) və bir dərs vəsaiti dərc etdirmişdir.

https://publons.com/researcher/AAR-8524-2021/

Web of Science ResearcherID: AAR-8524-2021

ORCiD: 0000-0001-7784-2087

email: aynur.qasimova@gdu.edu.az; aynur_gasimova7@rambler.ru / tel: (+994 50) 525 11 78;  (+994 55) 247 94 80