İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsi
Daxili və xarici texnologiya transferi bazarının potensialının dəyərləndirilməsi, tədqiqat və işləmə sahəsində əməkdaşlıq, maliyyə vəsaitlərinin araşdırılması kimi işlər icra edilir. Yerli və xarici elmi-tədqiqat müssisələri, kommersiyalaşdırma mərkəzləri arasında innovasiya texnologiyaları üzrə informasiya mübadiləsi təşkil edilir. Universitet ilə istehsalat və biznes sahələri arasında strateji əməkdaşlıqlar yaradılır.
Şöbə müdiri – Razim İzəddin oğlu Əliyev
1984-cü ildə Gəncə şəhərində anadan olub. 2005-ci ildə GDU-nun Riyaziyyat və informatika ixtisasını bitirmişdir. 2012-2013-cü illərdə ABŞ-ın Oklahoma Universitetində Təlimdə Psixologiya və Texnologiya, 2014-2015-ci illərdə İtaliyanın Pavia Universitetində Kompüter Elmləri və Multimedia, nəhayət 2013-2017-ci illərdə GDU-da İnformatika ixtisası üzrə magistratura səviyyəsində təhsil almışdır.
Ekspert-konsultant – Rəşad Roman oğlu İsgəndərov
1984-cü ildə anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili, 2006-2009-cu illərdə Türkiyə Respublikasının Ege Universitetində magistr təhsili almış, hal-hazırda Türkiyə Respublikasının Manisa Celal Bayar Universitetində menecmentlik ixtisası üzrə doktorantdır.
2016-cı ildə Ağstafa Sənaye Kombinatı ASC-də hüquqşünas vəzifəsində, eyni ildən Azərbaycan Respublikasi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə Telekommunikasiya İdarəsində hüquqşünas vəzifəsində işləmiş, 2017-ci il tarixdən GDU-nun İnnovasiyalar Departamentində İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsində ekspert-konsultant vəzifəsində, həmçinin universitetinin Tələbə Ombudsman Mərkəzində Tələbə Ombudsmanı vəzifəsində işləyir.
Marketoloq – Vəliyev Maqsud Rauf oğlu
1984-cü ildə Gəncə şəhərində anadan olub. 2006-ci ildə ASAU-nun Mühəndis İqtisadiyyatı və İdarə etmə ixtisasını bitirmişdir. 2006-2008-ci illərdə Almaniyada (Freie Universität Berlin) Azad Universitet Berlində magistratura səviyyəsində təhsil almışdır. 2015-2018 ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetdə Menecment və Aqrar Marketinq kafedrasında müəllim, 2017-2018 ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Elm şöbəsinin müdiri vəzifəsində işləmişdir. Alman, ingilis, rus, fransız və çin dillərini bilir. 2021-ci ildən İnnovasiyalar Departamentinin İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsində Marketoloq vəzifəsində çalışır.