İNTELLEKTUAL YARIŞ KEÇİRİLDİ
24 sentyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin İqtisadiyyat və idarəetmə, Tarix-coğrafiya, Fizika və texniki fənlər fakültəsinin tələbələrinin iştirakı ilə fərdi İntellektual yarış keçirildi. 25 sualı düzgün cavablandıraraq qələbə qazanmaq uğrunda 30 nəfər tələbə öz biliklərini sınaqdan keçirmək üçün mübarizəyə qoşulmuşdur.
Tələbələr arasında ciddi maraq yaratmış bu yarışda İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Toğrul Məmmədov I yerə, Tarix-coğrafiya fakültəsinin tələbəsi Nail Novruzov II yerə, Fizika və texniki fənlər fakültəsinin tələbəsi Aynur Cəfərova III yerə sahib oldular.
Qalib gələn tələbələr mükafatlandırıldılar.