İNTELLEKTUAL YARIŞIN QALİBLƏRİ İLƏ GÖRÜŞ
Bakı şəhəri Heydər Əliyev mərkəzində və “Fairmont” otelində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda III Ümumrespublika bilik yarışı keçirilmişdir.Universitetlər arasında keçirilmiş “Nə? Harada? Nə zaman? “ intelektual yarışında Gəncə Dövlət Universitetini təmsil edən tələbələr uğur qazanmışlar.
Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm FətəliyevaIvə Vyeri qazanmış tələbə və əməkdaşlarla görüşübonlara universitetin rektoru professor Yusif Yusibovun və adından təşəkkür bildirmiş, rektorun imzaladığı “Fəxri fərman” və pul mükafatlarını təqdim etmiş, gələcəkdə iştirak edəcəkləri növbəti oyunlarda da uğurlar arzulanmışdır.