İşçi qrupun 3-cü iclası keçirilmişdir
22 aprel 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində Magistratura səviyyəsi üzrə ixtisasların müəyyən edilməsi üçün yaradılmış işçi qrupun 3-cü iclası keçirilmişdir. İclasda iki məsələ müzakirə olunmuşdur:
1. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Magistratura səviyyəsi üzrə ixtisasların müəyyən edilməsi üçün işçi qrupun iş prosesi ilə bağlı mövcud vəziyyətin təhlili.
2. Proseslə bağlı maraqlı tərəflərin rəylərinin toplanması.
İşçi qrupun sədri dos.Emin Yaqubov qrup üzvlərini gündəlikdə duran məslələrlə tanış etdikdən sonra onlardan öz təkliflərini səsləndirməyi xahiş etmişdir. Bundan sonra maraqlı tərəflərdən, eləcə də əmək bazarı nümayəndələrindən daxil olmuş təkliflər səsləndirilmiş, onlara dair fikir mübadiləsi aparılmışdır. Qrup üzvləri dos.Cabbar Qarayev, Pərvanə Əliyeva, Elgün Həsənova, Rəvan Əzizov müzakirə olunan məsələlərlə bağlı fikirlər söyləmiş, o cümlədən Magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılması məqsədəuyğun hesab edilən ixtisaslara dair təkliflərini bildirmişlər. Yekunda işçi qrup üzvlərinin yekdil rəyi ilə aşağıdakı qərarlar qəbul edilmişdir:
1. Hesabat dövrü ərzində işçi qrupun təsdiq olunmuş iş planına əsasən həyata keçirdiyi fəaliyyəti qənaətbəxş hesab edilsin.
2. Magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılması üçün ixtisasların müəyyənləşdirilməsinə dair maraqlı tərəflərdən və əmək bazarı nümayəndələrindən təkliflərin alınması davam etdirilsin.
3. İşçi qrup üzvləri daxil olan təkliflərlə yaxından tanış olsunlar və təkliflərin qruplaşdırılması işlərini yerinə yetirsinlər.
4. İşçi qrupun növbəti iclası 2025-ci ilin may ayı ərzində keçirilsin və iclasda daxil olan təkliflərin müzakirəsi və sistemləşdirilməsi ilə bağlı qərarlar qəbul edilsin.




