Ispaniya Krallığının “UCAM San Antonio Mursiya Universiteti”nin Beynəlxalq əlaqələr şöbəsi üzrə mütəxəssisi Gəncə Dövlət Universitetində təcrübə proqramından iştirak etdi
İspaniya Krallığının UCAM San Antonio Mursiya Universitetinin Beynəlxalq əlaqələr şöbəsi üzrə mütəxəssisi Liset Kamanço Vivo 07-11 oktyabr 2024-cü il tarixlərində Gəncə Dövlət Universitetində heyət həftəsi proqramında olmuşdur. Xatırladaq ki, GDU-nun sözügedən ali təhsil müəssisəsi ilə “Erasmus +” programının KA1 layihəsinə əsasən ikli əməkdaşlıq müqaviləsi mövcuddur.
Xarici mütəxəssis Gəncədə qaldığı 1 həftə müddətində universitetin tədris korpuslarında olmuş və Avropa Komissiyasının maliyyə dəstəyi ilə yaradılmış müxtəlif mərkəzlərlə tanış olmuşdur. Heyət həftəsi müddətində Liset Vivo Beynəlxalq əlaqələr şöbəsinin işçi heyəti ilə görüşüb, şöbənin sənədləşmə prossesinə ümümu baxış etmişdir. Bununla yanaşı qonaq xarici dillər fakültəsinin akademik və administrative heyəti ilə tanış olub və müxtəlif ixtisaslar üzrə təhsil alan bakalavr tələbələrinə çalışdığı universitetlə bağlı məlumat vermiş və təhsil imkanları haqqında təqimatla çıxış etmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti