KADRLAR ŞÖBƏSİ

Müəssisənin iqtisadi və sosial inkişaf planlarının əsasında kadrlara tələbatın müəyyənləşdirilməsi və proqnozlaşdırılması işində iştirak edir. İşdən azad olunma, bir işdən digərinə köçürülmə ilə əlaqədar müraciət edən təhsil işçilərini qəbul edir, kadrların yerləşdirilməsi və onlardan düzgün istifadə olunması məsələlərini nəzarətdə saxlayır. Müəssisə rəhbəri ilə birlikdə gənc mütəxəssislərin işlə təmin olunması, staj keçməsi ilə məşğul olur. Həmkarlar təşkilatı ilə birlikdə müəssisə işçilərinə və onların ailələrinə pensiya təyin etmək üçün zəruri olan sənədlərin hazırlanmasını və sosial təminat orqanlarına verilməsini, kadrlar üzrə inspektorlarla metodiki rəhbərliyi həyata keçirir, onlarla bağlı qərar, əmr və göstərişlərin bölmə rəhbərləri tərəfindən icra olunmasına nəzarət edir. Bütün kateqoriyalardan olan kadrlarla işlərin forma və metodlarının təkmilləşdirilməsi üzrə tədbirlər görür. Kadrlarla işlərin yekunlarını öyrənir və ümumiləşdirir, kadr axıcılığının, üzrsüz iş buraxma hallarının səbəblərini və başqa əmək intizamı pozuntularını təhlil edir, aşkar olunmuş nöqsanların arada qaldırılması haqqında təkliflər hazırlayır, məzuniyyət qrafikinin tərtibi və yerinə yetirilməsini təşkil edir.
Ünvan: Heydər Əliyev pr., 429
Telefon: (+99422 ) 256-32-38
E-mail: gdukadrlarsobesi@gmail.com
Gülcöhrə Tağı qızı Tağıyeva – şöbə müdiri
1950-ci ildə Gəncə şəhərində anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika ixtisasını bitirib. 2000-ci ildən kadrlar şöbəsinin müdiri vəzifəsində çalışır.
Məlahət Bəhram qızı İbrahimova – kadrlar üzrə mütəxəssis
1956-cı ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitunun Azərbaycan dili və ədəbiyyat ixtisasını bitirib. 1974-cü ildən kadrlar şöbəsində inspektor vəzifəsində çalışır.
Nəzirə Zülfüqar qızı Məmmədova – inspektor
1962-ci ildə Gəncə şəhərində anadan olub. 1979-cu ildə Kirovabad Dövlət Pedaqoji İnstitunun Azərbaycan dili və ədəbiyyat ixtisasını bitirib. 1970-ci ildən kadrlar şöbəsində inspektor vəzifəsində çalışır.
Azadə Saleh qızı Əsgərova – inspektor
1963-cü ildə Samux rayonunda anadan olub. 1985-ci ildə Gəncə politexnik texnikumunu bitirib. 2001-ci ildən kadrlar şöbəsində inspektor vəzifəsində çalışır.
Günel Rza qızı Ramazanova – inspektor
1982-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Beynəlxalq İnstitutunun İbtidai təhsilin metodikası və pedaqigikası ixtisasını bitirib. 2006-cı ildən kadrlar şöbəsində inspektor vəzifəsində çalışır.
Leyla Ramiz qızı Quliyeva – operator
1985-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə Gəncə şəhər 1 saylı peşə litseyini bitirib. 2007-ci ildən kadrlar şöbəsində inspektor vəzifəsində çalışır.