Kitabxana
Universitetdə Kitabxana 1938-ci ildən fəaliyyət göstərir. 1953-1954-cü tədris ilində kitabxana kitab, dövrü mətbuat və oxucuların dinamikası ilə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun nəzdində geniş formada fəaliyyətə başlayıb. Kitabxananın fondu 350485 nüsxədən ibarətdir.
Gəncə Dövlət Universitetinin Elmi Kitabxanası zəngin elmi kitabxanalardandır. Elmi kitabxana öz fəaliyyətini Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” qanundan irəli gələn vəzifələrə, universitet nizamnaməsinə, universitet rəhbərliyinin əmr və göstərişlərinə uyğun şəkildə qurur. Elmi Kitabxana Əsaslı kitabxanadan 3 şöbə, 1 filial və 3 qiraət zalından ibarətdir. 2018-ci ildən etibarən GDU-nun Elmi Kitabxanasında elektron kataloqun, elektron formulyarın yaradılmasına başlanılmışdır. Hal-hazırda Elmi Kitabxanada elektron kitabxana yaradılır. Oxuculara xidmət tək ənənəvi formada deyil, müasir formada – elektron xidmət göstərilir.
Əsaslı Kitabxana. GDU yataqxanasının “A” binasının I mərtəbəsində yerləşən, Əsaslı Kitabxana 3 inzibati otaqdan, 48 oxucu tutumuna malik olan internetlə təmin olunan 16 komputerlə təchiz olunmuş Oxu zalından, kitab verilişini təmin edən Abonoment zalından, 7 kitab saxlayıcı otaqdan ibarətdir.
Əsaslı Kitabxananın 3 şöbəsindən biri olan Komplektləşdirmə və Kitabişləmə şöbəsi ali kitabxanalarda istifadə olunan Universal Onluq Təsnifatının ən son təkmilləşmiş versiyasından istifadə olunur. Şöbə kitabxanaya daxil olan yeni ədəbiyyatların davamlı və ardıcıl işlənməsini, alınan yeni ədəbiyyatın qoşma sənədlə üzləşdirilməsini, bütün nüsxələrin ştamplaşdırılmasını, texniki işlənməsini, təsnifləşdirilməsini, hər adda nəşrin məlumat kataloqunun tərtib edilməsini, invertar nömrələrinin verilməsini, yeni ədəbiyyatın filial və qiraət zalları arasında bölünməsi işini həyata keçirir. Silinən ədəbiyyatın invertar kitabından, əlifba və sistemli kataloqdan çıxarılmasını təşkil edir.
Elektron kitabxana oxuculara informasiya xidmətinin komputerləşməsinin nəticəsi olub, yalnız bir xidmət növüdür. O, uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyur. Elə bu səbəbdən də oxucuların sorğularının operativ və səmərəli ödəmək məqsədi ilə gdu-kitabxana@mail.ru email adresi açılmışdır. Bu email vasitəsilə ilə oxucu sorğularını kitabxanaya gəlmədən cavab almaq imkanı olur.
Abonoment şöbəsi yeni gələn oxucuya kitabxanadan istifadə qaydaları, kitabxanaya yazılma, kitabdan istifadə, saxlanılma, qaytarılma müddəti və s. məlumat verilir. Oxucuya anket açılır və kitabxananın üzvü sayılır. Abonoment şöbəsi müxtəlif oxucu kateqoriyalarına bütün nəşr, növləri ilə xidmət göstərir. Kitabxanaçılar hər bir oxucuya fərdi yanaşır, onların sorğularını dinləyir və onlara yüksək səviyyədə xidmət göstərir.
Biblioqrafiya şöbəsi oxucuları kitabxanaya cəlb etmək və onların asudə vaxtının səmərəlinin təşkil etmək üçün şöbə müxtəlif mövzuları əhatə edən kitab sərgiləri, söhbət-mühazirələr keçirir. Biblioqrafik vəsaitlərin oxuculara xidmət işində əhəmiyyətini nəzərə alaraq əlamətdar və tarixi günlər, aktual mövzular, görkəmli dövlət xadimləri, tarixi şəxsiyyətlər, şair və yazıçıların yubileyləri ilə əlaqədar biblioqrafik vəsaitlər, tövsiyə ədəbiyyat siyahıları, məlumat bülletenləri, bukletlər hazırlanıb oxucuların istifadəsinə verilir. Eyni zamanda kitabxanaya daxil olan dövrü nəşrlərin filial və qiraətxanalara bölüşdürülməsini təşkil edir. Daha geniş auditoriyanı əhatə etmək məqsədilə həmin vəsaitlər oxuculara və kafedralara verilir. GDU-nun kitabxanasının fonduna 36 adda qəzet (33-ü Azərbaycan, 2-si Rus, 1-i İngilis dilində) və 25 adda jurnal (15-i Azərbaycan, 10-u Rus dilində) daxil olur. Abunə yolu ilə alınan dövri mətbuatı, biblioqraflar əsaslı kitabxanada bir nüsxə saxlamaqla, filiala, qiraət zallarına və universitetin bütün kafedralarına, şöbələrinə paylayır. Gündəlik qəzetləri bölüşdürməkdə başlıca məqsəd professor-müəllim heyətinin gündəlik informasiyalardan xəbərdar etməkdir.
GDU-nun V tədris binasında “Nuru Paşa adına olan Kitabxana” filialı Filologiya və Xarici dillər fakültələrinin profilinə uyğun bütün ədəbiyyatlar komplektləşdirilib və Əsaslı kitabxananın filialı kimi fəaliyyət göstərir Kitabxana 30 komputerlə təchiz olunmuş dərs vəsaitlərinin elektron versiyaları lokal şəbəkədə istifadəsi təmin edilmişdir, həmçinin orada olan bütün ədəbiyyatlar elektron kataloqlar və formulyarlar yazılmış oxucuların ixtiyarına verilmişdir. Nuru Paşa adına Kitabxana filialı: Müasir avadanlıqla təchiz olunan kitabxanada 45000 kitab mövcuddur. 3 hissəli otaqdan ibarət olan kitabxana geniş oxucu kütləsinə malik böyük oxu zalı var, internetlə təmin olunan komputerləri, proyektoru vardır.
Qiraət zalları: 3 qiraət zalı mövcuddur. №1-li Qiraət zalı universitetinin 2-ci tədris binasında, №2-li və №3-li Qiraət zalı isə universitetin qızlar yataqxanasında yerləşir. Universitetin əsaslı kitabxanası qiraət zallarını fonda daxil olan bütün ədəbiyyatlardan 5 nüsxə və gündəlik gələn dövri mətbuatla təmin edir. Verilən ədəbiyyatlar yalnız qiraət zallarında istifadə etmək üçündür. Professor-müəllim və tələbə heyətini lazımi ədəbiyyatla və dövri mətbuatla təmin edir. Fonda daxil olan bütün ədəbiyyatlardan 5 nüsxə gündəlik gələn dövri mətbuatla təmin olunur.
QIZIL FOND
Qızıl Fond 1155 kitabdan ibarətdir. Burada mövcud olan kitablar poliqrafik dəyərinə (səhifələrin kənarı qızıl suyu ilə işlənmiş, dəri materialı ilə cildlənmiş formasına (ölçüsü 10 sm qədər olan minatur nəşrlər) elmi əhəmiyyətinə və digər məziyyətlərinə görə təsnifatlandırılır. Fonda XVIII-XX əsrləri əhatə edən rus, ərəb, fars, alman, əski əlifba ilə ilə nəşr olunmuş kitablar və əlyazmalar mövcuddur. Kitabların ən qədimi 18-ci əsrə aid “Qurani-Kərim”-dir. Kitabın üz qabığı ceyran dərisindən, əlyazması isə tuşdan və zəfərəndan istifadə edilərək yazılmışdır. Qızıl Fondda Cəlil Məmmədquluzadənin redaktoru və müəllifi olan, ərəb əlifbası ilə Azərbaycan dilində Tiflisdə çap olunan Molla Nəsrəddin jurnalının orijinal versiyası, rus yazıçıları İvan Turgenevin, Nikolay Ostrovskinin əl yazmaları fondun dəyərli kitablarındandır. Fondda, həmçinin elmin müxtəlif sahələrinə-riyaziyyat, tarix, incəsənət, astronomiya, ədəbiyyat, fəlsəfə, dinə dair nəşrlər mövcuddur. Dəyərli kitablar sırasında Mir Cəlal Paşayevin V.İ.Lenin adına APİ-də işləyən müddətdə əski əlifba ilə nəşr etdirdiyi “Axundun iştəhası”, ”Gözün aydın: Hekayələr və oçerklər” adlı kitablarıda qorunub saxlanılır. Qızıl Fondda Dünya və Rus yazıçılarına məxsus bədii ədəbiyyatları da mövcuddur.
Kitabxananın müdiri Əhmədova Ayşən Məhəmməd qızı
21 dekabr1990-cı ildə Samux rayonunda anadan olub. 1997-ci ildə Gəncə şəhəri 37 saylı orta məktəbə daxil olub, 2008-ci ildə həmin məktəbi bitirib. Bakalavr təhsilini, 2008-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakültəsinin Kitabxanaşünaslıq və Biblioqrafiyaşünaslıq ixtisasına daxil olub, 2013-ci ildə həmin universiteti bitirib. 2022-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Biznesin təşkili və idarə edilməsi” (marketinq) ixtisası üzrə magistr pilləsinə daxil olub.
2014-cü ildə Gəncə MKS-nin Məlumat və Biblioqrafiya şöbəsinin müdiri kimi əmək fəaliyyətinə başlamış, 2018-ci ildən Gəncə Dövlət Universitetinin Kitabxana şöbəsində Kitabxana müdiri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var. YAP-ın üzvüdür.
Kitabxana əməkdaşları: