MƏHSƏTİ GƏNCƏVİ MUZEYİNƏ EKSKURSİYA
25 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bir qrup tələbə Məhsəti Gəncəvinin muzeyində olmuşdur. Bu heç də təsadüfi deyildir. Əslində ədəbiyyatımızın qədim dövrünün inciləri olan və əsrlərlə yaşamaq səlahiyyəti qazanmış rübailəri ilə məşhurlaşmış bu şairə qadının ev muzeyini ziyarət etmək hər bir tələbənin arzusudur.
Muzeydə tələbələrə Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi. Dövrün keşməkeşləri ilə üzləşən, lakin böyük istedadla yaratdığı, könüllər oxşayan poeziyası onun əfsanələşmiş varlığını bir qədər də müqəddəsləşdirdi.
Tələbələr bu ekskursiyadan hədsiz dərəcədə zövq almaqla, öz vaxtlarını olduqca səmərəli keçirdilər.