Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
Gəncə Dövlət Universitetində 2014-cü ildə yaradılan Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti ali təhsil ocağının elmdə, təhsildə və tədris prosesindəki nailiyyətlərinin, sosial-mədəni tədbirlərinin media resurslarında yayılmasını, universitetin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulmasını, ictimaiyyətin operativ, düzgün və dəqiq məlumatlandırılması işinin təşkilini həyata keçirir, eləcə də tədbirlərdə KİV-in və ictimaiyyət nümayəndələrinin iştirakını təşkil edir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti rektorluğun və digər strukturların (prorektor, dekanlıq, kafedra, departament, şöbə, bölmə və klub) planlaşdırdığı iclas, konfrans, simpoziumların təşkili, medianın fəaliyyətinin monitorinqinin və təhlilinin aparılması, hesabatların tərtibi, eləcə də universitetin fəaliyyəti ilə bağlı ictimaiyyətin suallarının cavablandırılması ilə məşğul olur.
Universitetin fəaliyyəti barədə məlumatların nüfuzlu yazılı, internet və elektron mediada, sosial şəbəkələrdə işıqlandırılmasını təmin edir. Ali təhsil ocağının fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı yazılı və şifahi qaydada açıqlama vermək, yayılmış informasiyanı təkzib etmək, zəruri hallarda isə cavab hazırlamaq və təhrif hallarının aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görmək də xidmətin fəaliyyətinə daxildir.
Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasında iştirak edir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri
Məmmədova Günay Asif qızı
1987-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2005-ci ildə Gəncə şəhər 12 saylı orta məktəbi bitirmiş, 2005-2010-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsili almışdır. Tələbəlik illərindən KİV sahəsində çalışmağa başlamış, “Mədəniyyət”, “525-ci qəzet”, “Gəncənin səsi” və b. qəzetlərdə məqalələri dərc olunmuş, informasiya saytları ilə əməkdaşlıq etmişdir. 2007-2011-ci illərdə “Alternativ TV”-nin “Xəbərlər” proqramında qərb bölgəsi üzrə müxbir kimi çalışmışdır.
2022-ci ildən Gəncə Dövlət Universitetində işləyir, hal-hazırda Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəridir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşı
Rzayev Elnur Vahid oğlu
1983-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 2000-ci ildə Gəncə şəhər 13 saylı orta məktəbi bitirmiş, 2001-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsində təhsili almışdır. 2005-2006-cı illərdə Zaqatala şəhərində Sərhəd Qoşununda N saylı hərbi hissədə xidmət etmişdir. Tələbəlik illərində “Azərbaycan müjdələri”, “Vətən naminə” , “Gəncənin səsi”, v.s. qəzetlərin də məqalələri dərc olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2006-2008-ci illərdə “Ruzigar” qəzetində çalışmışdır. 2009-2012-ci illərdə “Alternativ TV”-nin Xəbərlər proqramında xüsusi müxbir kimi fəaliyyət göstərmişdir. 2012-2024-cü illərdə isə “Kəpəz” MTRŞ-nin Xəbərlər Departamentində Xüsusi müxbir vəzifəsində çalışmışdır. 2024-cü ilin oktyabr ayından isə Gəncə Dövlət Universitetində Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətində əməkdaş vəzifəsində çalışır.
