Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri Beynəlxalq elmi konfrans

06-07 may 2022-ci ildə Gəncə Dövlət Universiteti Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri mövzusunda elmi konfrans keçirəcəkdir.

Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:

  • Müasir kimyanın aktual problemləri;
  • Müasir biologiyanın aktual problemləri;
  • Müasir iqtisad elmlərinin aktual problemləri
  • Müasir fizikanın aktual problemləri.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

İştirakla bağlı məlumat və məqalə elektron formada  15  aprel 2022-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail: elm@gdu.edu.az

Konfransın təqvimi

Məqalələrin göndərilməsi üçün son tarix                            15 aprel 2022- ci il;

Çap olunmuş məqalələr məcmuəsinin paylanması              06  may 2022- ci il;                       

Konfransın təntənəli açılış mərasimi                                   06 may 2022- ci il;

Bölmə iclasları                                                                     06-07 may 2022-ci il;

Konfransın bağlanış mərasimi                                             07 may 2022-ci il.

FORMA 1. Məqalənin tərtibi qaydaları

  1. Həcm: 3 səhifəyə qədər, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
  3. Xülasə: Azərbaycan, rus, ingilis dili.
  4. Konfransa problem xarakterli məqalələr qəbul olunur.
  5. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].

Materialların strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
  2. Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
  3. Təşkilat və şəhərin adı-adi şriftlə;
  4. Hər bir müəllifin adına  bir məqalə olmalıdır.

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.

Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.

E-mail:  elm@gdu.edu.az (+99422) 266 01 88