MÜHASİBATLIQ ŞÖBƏSİ
Mühasibatlıq şöbəsinin işi müəssisənin daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Buraya işçi və müəllimlərin əmək haqlarının, tələbə təqaüdlərinin hesablanması və banka ötürülməsi, təhsil haqqı uçotunun aparılması, əsas vəsait və mal-materiallarının uçotunun aparılması, Universitetdə həyata keçirilən konfrans və digər irimiqyaslı tədbirlərin xərclərinin hesablanması və ödənişi daxildir. Mühasibatlıq şöbəsində işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımetmə və komanda şəklində işləmə kimi amillər təhsil müəssisəsinin həyatında mühüm rol oynayır.
Teyyub Camal oğlu Tağıyev – baş mühasib
1948-ci ildə Göygöl rayonunda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 2011-ci ildən Gəncə Dövlət Universitetinin baş mühasibidir.
Ünvan: Heydər Əliyev pr., 429
Telefon: (+99422) 256-46-36
E-mail: tağıyevt@mail.ru
Əzizov Rəvan Rövşən oğlu – Baş mühasibin müavini
1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmişdir. 2018-ci ildə GDU-da Aparıcı mühasib vəzifəsində işləmişdir. 2020-ci ildən Baş mühasibin müavini vəzifəsinə keçmişdir.
Səbinə Qasım qızı Əliyeva – Aparıcı mühasib
1975-ci ildə Gəncə şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisadiyyatın idarə edilməsi fakültəsini bitirib. 2013-cü ildən GDU-da aparıcı mühasib vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildə baş mühasibin müavini, 2020-ci ildən isə Aparıcı mühasib vəzifəsində çalışır.