NƏTİCƏ MÜSBƏT QİYMƏTLƏNDİRİLDİ
Gəncə Dövlət Universitetinin müxtəlif ixtisaslar üzrə pedaqoji təcrübədə olan tələbələri son sınaq dərslərini verməkdə davam edirlər. Onların hər bir dərsi sevindirici nəticələrlə yekunlaşır. Pedaqoji fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Aysel Allahverdiyevanın Gəncə Dövlət Regional Kollecin “Ailə mühiti və ev tərbiyəsi” ixtisasının III kurs tələbələrinə psixologiya fənnindən “Duyğu, qavrayış və diqqətin psixologiyası”, Tarix –coğrafiya müəllimliyi ixtisasının IY kurs tələbəsi Zübarə Məmmədzadənin 31 saylı tam orta məktəbin YIII sinifində Azərbaycan tarixi fənnindən “Azərbaycanın yadellilərin işğalından azad olması”, Əfsanə Mehdiyevanın XI sinifdə Yeni tarix fənnindən “Dünya iqtisadi böhranı və ondan çıxış yolları” mövzusunda sınaq dərsləri uğurla yekunlaşmışdır.
Sınaq dərslərində iştirak edən Universitetin Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, Pedaqoji fakültənin dekan müavini İlqar Haqverdiyev, Psixologiya kafedrasının müdiri dosent Zümrüd Cavadova, baş müəllim Pərvanə Məmmədova, , baş müəllim Leyla Həsənova, müəllimlərdən Gültəkin Həmidova, eyni zamanda təcrübə rəhbərləri, fənn müəllimləri, təcrübəçi tələbələr iştirak etmişlər. Müzakirə zamanı sınaq dərslərin müasir tələblər səviyyəsində keçdiyi bildirildi və müsbət qiymətləndirildiu.