Orta məktəb şagirdləri GDU-nun tədris binaları ilə tanış olublar

20.10.2025-ci il tarixdə Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagirdləri Gəncə Dövlət Universitetinin V və VI tədris binalarında olublar. Şagirdlər  universitetin fənn kabinələri, laboratoriyaları,  kitabxanaları, komputer otaqları, akt zalı və Tələbə Evi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Universitetlə tanışlıq üçün təşkil olunmuş görüşdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov, Fransız dili kafedrasının müdiri dosent Məhərrəm Orucov, Riyaziyyat və informatika fakültəsinin dekanı dosent Oruc Hüseynov, dekan müavini dosent Rauf Məmmədov, dosent Tahir Məmmədov, dosent Nazim Neymətov, Gəncə şəhər 1 nömrəli tam orta məktəbin direktor müavini Leyla Camalzadə, fənn müəllimləri Aynurə Şirinova, Aysel Xocayeva və Gülşən Nağıyeva iştirak ediblər. 

Şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib, eləcə də onlara universitetin fəaliyyəti ilə bağlı bukletlər təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti