Orta məktəblərdə ustad dərsləri davam edir

            Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının professoru Yadigar Əliyev “Ali və orta məktəb qrammatikalarında Azərbaycan dilinin tədrisi ilə əlaqədar uyğunsuzluqlar” mövzusunda Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə ustad dərsi keçib.

      Dərsdə Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, orta məktəbin direktoru Əlağa Səfərəliyev, məktəbin Azərbaycan dili və ədəbiyyat  müəllimləri, eləcə də yuxarı sinif şagirdləri iştirak edib.

        Məruzəçi Yadigar Əliyev Azərbaycan dilinin qrammatik quruluşunun öyrədilməsinin metodik yollarından bəhs edib, şagirdlərin qrammatikanı şüurlu olaraq mənimsəmələri, düzgün oxu, yazılı və şifahi nitq vərdişlərinə yiyələnmələri üçün Azərbaycan dili məşğələlərinin ümumi sistemində qrammatik təhlilin əhəmiyyətini vurğulayıb.

     Dərsin sonunda məruzəçi tərəfindən şagirdlərin sualları ətraflı  cavablandırılıb.  

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti