Professor Vaqif Novruzov orta məktəbdə ustad dərsi keçib

        Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri­, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzov Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyində yuxarı sinif şagirlərinə ustad dərsi keçib.

       “Bioloji müxtəliflik və ekoloji stabillik strategiyası” mövzusunda təşkil olunan dərsdə professor Vaqif Novruzov təbii ehtiyatların potensial imkanlarının müəyyənləşdirilməsi və həmin sərvətlərdən səmərəli istifadə etməyin yollarından danışıb.

      Ustad dərsində iştirak edən universitetin Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev orta məktəblərdə keçirilən maarifləndirici görüşlərin əhəmiyyətindən bəhs edib.     

    4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin direktoru Əliağa Səfərəliyev mütəmadi olaraq ustad dərslərinin təşkil edilməsinə görə Gəncə Dövlət  Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.   

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti