PSİXOLOQ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRDİ
05 mart 2015-ci il tarixdə Gəncə Regional Psixologiya Mərkəzinin təşəbbüsü və Gəncə Dövlət Universittinin Tələbə Gənclər Təşkilatnın təşkilatçılığı ilə tələbələrin çox saylı istəkləri nəzərə alınaraq “Sevginin psixoloji mahiyyəti” adlı seminar keçirilmişdir.
Psixoloq Zahid Tağıyev gəncliyi düşündürən bu məsələ ilə bağlı psixoloji cəhətdən öz fikirlərini bölüşərək, gənclər arasında yaranan münasibətlərin düzgün məcrada davam etməsinin istiqamətləri, uğurlu və uğursuz nəticələri barədə geniş, məzmunlu söhbət apardı. Belə bir münasibətlə qarşılaşan gənclərin hansı məqamlara diqqət etmələri, xarakterlə bağlı hisslərdən daha çox ağıla üstünlük vermələri, səbrliliyin, qarşılıqlı anlaşmanın müsbət məziyyətləri nəzərə çatdırıldı.
Tələbələrin suallarına həssaslıqla yanaşan psixoloq verdiyi cavablarda hər şeydən əvvəl onların özlərini tapmasına, qarşılaşdıqları çətinlikləri adiləşdirməklə, təbii qəbul etmələri ilə çıxış yolunu müəyyənləşdirmələrinə psixoloji baxımdan köməklik göstərə bildi. İştirakçılar seminarın təşkilindən və psixoloq Zahid Tağıyevin seminarı aparıcılıq qabiliyyətindən olduqca razı qaldılar.
Seminarın sonunda psixoloq “İki qəlbdə susan sevgi” adlı kitabını tələbələrə hədiyyə etdi.