“Qafqaz Albaniyasının tarixi problemləri” mövzusunda ustad dərsi keçirilib
Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə Gəncə şəhər 25 nömrəli tam orta məktəbdə “Qafqaz Albaniyasının tarixi problemləri” mövzusunda yuxarı sinif şagirlərinə ustad dərsi keçib.
Dərsdə Universitetin Təcrübə və karyera şöbəsinin müdiri , dosent Cabbar Qarayev, orta məktəbin direktoru Alik Əliyev, direktor müavini Nailə Muradova, orta məktəbin Tarix müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
GDU-nun Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev orta məktəblərdə keçirilən maarifləndirici görüşlərin və ustad dərslərinin əhəmiyyətindən bəhs edib.
Məruzəçi Cavid Bağırzadə Qafqaz Albaniyasının coğrafiyası, mədəniyyəti və siyasi tarixi haqqında ərtaflı məlumat verib, ermənilərin tarixi həqiqqətləri saxtalaşdırmaq cəhdləridən danışıb.
Sonda şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti