QÜDRƏTLİ PREZİDENT, GÜCLÜ LİDER, MÜZƏFFƏR KOMANDAN

Gəncə Dövlət Universitetində “Vətənə, xalqa və dövlətçiliyə xidmət” adlı dəyirmi masa keçirilib. 

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, dövlətimizin müstəqilliyi və inkişafı  naminə həyata keçirdiyi tədbirlərdən, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin çoxşaxəli fəaliyyətindən danışıb. Prorektor bildirib ki, Azərbaycan dövləti güclü Lider, Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, yüksəlişə və inkişafa doğru Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir . Ölkəmiz bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. 

Rektorun baş müşaviri Asif Cavadov, GDU Azad Həmkarlar İttifaqı Komitəsinin  sədri Afaq Qasımova çıxışlarında bildiriblər   ki, Azərbaycan xalqı Qarabağ Zəfəri ilə tarixində yeni bir dövrə qədəm qoyub. Müzəffər Ali Baş Komandan 30 illik münaqişəyə son qoyub, uzun illər işğal altında qalan torpaqlarımızı əsl sahiblərinə qaytarıb. Amma biz təkcə müharibəni yox, sülhü də qazanmışıq.

Tədbirdə Botanika kafedrasının müdiri Vaqif Novruzov  “Yenilməz sərkərdə, Müzəffər Ali Baş Komandan”,  Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “Modern inkişaf, artan güc, yüksələn nüfuz”,  Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva “Strateji hədəflərə çatan dövlət başçısı”, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı  “Tarix yaradan şəxsiyyət”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev  “Yeni tarix, yeni reallıqlar” adlı məruzələrlə çıxış ediblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti