Qurban Bayramınız mübarək!

                 Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bayramdır. Bu əziz gündə dünya müsəlmanları xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirirlər.

       Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu bayram günlərində ölkəmizin hər yerində Allah yolunda qurbanlar kəsilir, xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün dualar edilir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

       Qurban bayramı münasibətilə Gəncə Dövlət Universitetinin bütün əməkdaşlarını və tələbələri səmimi-qəlbdən təbrik edir, xoş arzularımızı çatdırırıq.

     Qurban bayramınız mübarək olsun!

REKTORLUQ