GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN REKTORU
Kimya elmləri doktoru, professor YUSİBOV YUSİF ƏMİRALI OĞLU
QISA BİOQRAFİK MƏLUMAT
20 aprel 1951-ci ildə Samux rayonunun Qırmızı Samux kəndində anadan olmuşdur.
Ailəlidir, 4 övladı var. 2003-cü ildən YAP-ın üzvüdür.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1. 1973-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2. 1973-1976-cı illərdə SSRİ EA Üzvi kimya İnstitutunda aspiranturanı bitirmişdir.
3. 1978-ci ildə SSRİ EA Üzvi kimya İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir.
4. 1986-cı ildə dosent elmi adı almışdır.
5. 1993-cü ildə AMEA-nın Kimya Problemləri İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir.
6. 1995-ci ildə professor elmi adı almışdır.
ƏMƏK FƏALİYYƏTİ
1. 1973-1976-cı illərdə N.D. Zelinski adına Üzvi kimya İnstitutu, aspirant, Moskva
2. 1976-1981-ci illərdə N.D. Zelinski adına Üzvi kimya İnstitutu, kiçik elmi işçi, Moskva
3. 1981-1986-cı illərdə AKTİ, assistent, Gəncə
4. 1986-1995-ci illərdə AKTİ, dosent, Gəncə
5. 1995-1996-cı illərdə AKTA, professor, Gəncə
6. 1996-1997-ci illərdə AKTA, “Kimya” kafedrasının müdiri, Gəncə
7. 1997-2011-ci illərdə BDU-da professor
8. 2011-2014-cü illərdə GDU-da tədris işləri üzrə prorektor
9. 2014- cü ildən Gəncə Dövlət Universitetində rektor
“Ümumi kimya”, “Qeyri-üzvi kimya”, “Fıziki-kimyəvi analiz”, “Qeyri-üzvi materialşünaslıq”, “Faza tarazlıqlarının termodinamikası” və s. fənnlər üzrə mühazirə və laboratoriya dərsləri aparır.
200 elmi əsərin , o cümlədən 4 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin, 4 patentin müəllifıdir.
2 elmlər namizədi yetişdirmişdir.
Elmi fəaliyyəti mürəkkəb qeyri-üzvi sistemlərin fıziki-kimyəvi tədqiqi ilə bağlıdır. O, çoxkomponentli yarımkeçirici sistemlərin faza tarazlığının və termodinamik xassələrinin qarşılıqlı əlaqələndirilmiş tədqiqi sahəsində sistemli tədqiqatların müəllifidir. 20 ildən artıq bir dövr ərzində mis, gümüş və tallium əsasında onlarla üçlü və daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemini ətraflı tədqiq etmişdir. Həmin sistemlərdə yanmkeçirici, termoelektrik, fotoelektrik və s. xassələrə malik yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza aşkar edilmiş, onların əmələgəlmə xarakteri, homogenlik sahələri, kristalloqrafık parametrləri, standart parsial və inteqral termodinamik funksiyaları və s. xassələri öyrənilmişdir.
TƏDQİQAT SAHƏSİ
• Çoxfazalı çoxkomponentli qeyri-üzvi sistemlərin kimyası, fıziki-kimyəvi analizi və termodinamikası,
kimyəvi materialşünaslıq, qeyri -üzvi funksional materiallar
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
• 50-dən artıq beynəlxalq və respublika elmi konfranslarında müxtəlif mövzulu məruzələrlə çıxış etmişdir.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
• М.Б. Бабанлы, Ю.М.Шыхыев, Н.Б.Бабанлы, Ю.А.Юсибов. Фазовые равновесия в системе Ag-Bi-Te//Ж.неорг.химии, 2007, т.52, №3, с.487-493
• Д.М. Бабанлы, Ю.А.Юсибов, М.Б. Бабанлы. Фазовая диаграмма и термодинамические свойства системы Tl-TlCl-Se.// Ж.неорг.химии, 2007, т.52, №3, с.819-826
• Д.М.Бабанлы, Ю.А.Юсибов, М.Б. Бабанлы. Фазовые равновесия и термодинамические свойства системы Tl-TlBr-Se.// Ж.неорг.химии, 2007, т.52, №5, с.827-833.
• Д.М.Бабанлы, М.И. Чирагов, Ю.А.Юсибов. Нестехиометрические теллурогалогениды таллия// Неорган. Материалы, 2008, е.44, №10, с.1196-1202
• N.B.Babanly, Yu.A.Yusibov, Z.S.Aliyev, M.B.Babanly. Phase equilibria in the system Cu-Bi-Se and thermodynamic priperties of selenobismuthides of copper. //R.J.of Inorg. Chem №9, v.55, 2010, pp.165-176
• Бабанлы Н.Б., Алиев З.С., Юсибов. Ю.А., Бабанлы М.Б. Термодинамическое системы Cu-Tl-S методом ЭДС с твердым элетролитом Cu4RbCl3I2. Электрохимия, 2010, т.46, №3, с.371-375
KİTABLAR
• M.B. Babanlı, Y.Ə.Yusibov, V.T. Abışov. «Elektrik hərəkət qüvvəsi üsulu mürəkkəb yarımkeçiriçi maddələrin termodinamikasında». Bakı, BDU nəşr., 1992, 323 s. (Monoqrafiya).
• M.B. Babanlı, Y.Ə.Yusibov, V.T. Abışov. «Mis və gümüş əsasında üçkomponentli xalkogenidlər». Bakı, BDU nəşr., 1993, 342 s. (Monoqrafiya).
• M.B. Babanlı, T.M.İlyaslı, F.M.Sadıqov, Y.Ə.Yusibov. «Fiziki-kimyəvi analizin əsasları». Bakı. BDU nəşr., 2002, 250 s. (Dərslik).
• T.M.İlyaslı, Y.Ə.Yusibov, S.H. Məmmədova.« Fiziki-kimyəvi analiz praktikumu». Bakı. BDU nəşr., 2008, 330 s. (Dərs vəsaiti).