REKTOR NÖVBƏTİ İCLAS KEÇİRMİŞDİR

01 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının akt zalında iclas keçirilmişdir. Rektor professor Yusif Yusibov iclası giriş sözü ilə açdıqdan sonra əvvəlcə tədris binalarına təhkim olunmuş məsul şəxslərin fakültələrdə real vəziyyət ilə bağlı məlumatları dinlənildi. Məlumatlarda əsasən tələbələrin dərsə davamiyyətləri, texniki işçilərin və müəllim heyətinin əmək intizamı, açıq dərslərin gedişi təhlil olunmuşdur.

Sonda professor Yusif Yusibov dekanların diqqətini bir daha bu məsələlərə yönəltməklə, universitetin hərtərəfli inkişafı üçün hər kəsin öz vəzifəsinə layiqincə əməl etməsini xüsusilə vurğuladı. Mühazirə mətnlərinin saytlara yüklənilməsi, test suallarının vaxtında tələbələrə çatdırılması da əsas məsələlərdən biri kimi nəzərə çatdırıldı.