RUMINİYANIN “DUNAREA DE JOS” GALATİ UNİVERSİTETİNDƏ (2024/2025-ci illər) MÜBADİLƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN QƏBUL ELAN EDİLİR
Hörmətli müəllim və doktorantlar,
Gəncə Dövlət Universiteti Erasmus+ KA1 Beynəlxalq Kredit Mobilliyi Proqramı vasitəsilə Rumıniyanın “Dunarea de Jos” Galati Universitetində 2024/2025-ci tədris ili üzrə elmi tədqiqat və tədris mübadiləsinə müraciətlərin qəbulu elan olunur.
Proqrama kimlər müraciət edə bilər:
Gəncə Dövlət Universitetinin Təsviri incəsənət, Tarix və arxeologiya, Xarici dillər (İngilis və Fransız), İqtisadiyyat, Biznes və idarəetmə, İnformasiya və Kommunikasiya Texnologiyaları sahələrində tədris edən və elm fəaliyyətdə olan müəllim və doktorantlar üçün nəzərdə tutulub.
Proqrama necə müraciət etməli və tələb olunan sənədlər hansılardır:
– Ərizə anket forması
– Təhsil protokolu
– “Dunarea de Jos” Galati Universitetində çalışan akademik rəhbər/kafedra/şöbə müdiri tərəfindən imzalanmış, ərizəçiyə mentorluq edəcəyini ehtiva edən məktub. Bu namizədlər haqqında məlumat əldə etmək üçün dan.scarpete@ugal.ro və ya luminita.iosif@ugal.ro email ünvanlarına (CV və tədqiqat planı göndərməklə) müraciət edilməli;
– CV – Fərdi fəaliyyətlər (kurslar, seminarlar, konfranslar, nəşr olunmuş tədqiqatlar və s.) və ixtisasla əlaqəli peşəkar təcrübəni əks etdirən ingilis dilində hazırlanmış CV (maksimum 2 səhifə). Zəhmət olmasa, linkdəki “Europass CV” şablonundan istifadə edin: https://europa.eu/europass/eportfolio/screen/profile-wizard?lang=en
– Bitmiş və ya cari təhsil dövrü üçün universitet qiymətlərini göstərən qeydlərin transkriptlərinin surəti, elmi işi haqqında plan;
Maraqlananlar bütün məlumatları aşağıdakı keçid vasitəsi ilə əldə edə bilərlər:
- Ümumi məlumat: https://www.en.ugal.ro/studies/erasmus-programme
- Elanda qeyd olunan ərizə anket və təhsil protokolu sənədlərini əldə etmək üçün bu keçiddən istifadə edin: https://www.en.ugal.ro/studies/erasmus-programme/erasmus-icm-ka107/2019-2022/ka107-erasmus-student-mobility-for-studies
Mübadilə müddəti: 5 gün
Heyət üçün hər nəfərə: 700 avro (günlük 140 avro) + 275 avro səyahət xərci
Ərizənin göndərilməsi üçün son tarix 20 avqust 2024-cü ildir.
Əlavə məlumat almaq üçün Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz:
Şöbə müdiri: Ruslan Məmmədov
E-mail: international.projects@gdu.edu.az