Şəmkir rayon Kimya- biologiya təmayüllü Respublika liseyinin şagirdləri Gəncə Dövlət Universitetində olublar
Şəmkir rayon Kimya-biologiya təmayüllü Respublika liseyinin yuxarı sinif şagirdləri və müəllimləri Gəncə Dövlət Universitetində olublar.
Şagirdlər öncə universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü və şəhidlərin xatirə güşəsi önünə gül dəstələri qoyublar.
Universitetin Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev ali təhsil ocağının maddi-texniki bazası, mövcud laboratoriyaları və auditoriyaları haqqında ətraflı məlumat verib.
Şagirdlər Qeyri-üzvi və analitik kimya, Kimya texnologiyaları laboratoriyası ilə yaxından tanış olublar və dərs proseslərində iştirak ediblər. Laboratoriyalarda müxtəlif kimyəvi təcrübələrin nümayiş etdirilməsi məktəblilərin marağına səbəb olub.
Sonda məktəbliləri maraqlandıran sualara ətraflı cavab verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti