SAĞLAM HƏYAT TƏRZİNİN TƏBLİĞİ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin  sağlam həyat tərzi haqqında maariflənmələrini də  daim diqqət mərkəzində saxlayır. 13 aprel 2017-cı il tarixdə Əsas binanın iclas zalında  həyata keçirilən tədbir də  məhz bu məqsədə xidmət etmişdir.

Gəncə şəhər Tibb kollecinin müəllimi Məhəbbət Hunvarlı ilə keçirilən görüşdə  tələbələri maraqlandıran zərərli vərdişlər və onlardan xilasolma yolları  haqqında məlumatlar verilmişdir. Məhəbbət həkim siqaret çəkmənin sağlamlığa  ciddi təhlükə yaradacaq  zərərli fəsadlarından, narkotik maddələrin törətdiyi fəlakətlərdən, erkən və gecikmiş nigahların gələcəkdə yaradacağı mənfi  problemlərdən  bəhs etmişdir.

Sonda həkim  tələbələrin çoxsayı suallarını cavablandırmış, onların ətraflı, inandırıcı məlumatlara malik olmalarına imkan yaratmışdır.  Tələbələr maraqlı keçən görüş üçün  Məhəbbət həkimə və Tələbə Gənclər Təşkilatına öz minnətdarlıqlarını bildirmişlər.