SAĞLAM HƏYAT TƏRZİNİN TƏBLİĞİ
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin mükəmməl təhsil almaları ilə bərabər, onların sağlam həyat tərzi haqqında maariflənmələrini də daim diqqət mərkəzində saxlamışdır. 29 oktyabr 2016-cı il tarixdə Əsas binanın iclas zalında həyata keçirilən tədbir də məhz bu məqsədə xidmət etmişdir.
Gəncə şəhər Tibb kollecinin müəllimi Məhəbbət Hunvarlı ilə keçirilən görüşdə tələbələri maraqlandıran zərərli vərdişlər və onlardan xilasolma yolları haqqında məlumatlar verilmişdir. Məhəbbət həkim siqaret çəkmənin sağlamlığa ciddi təhlükə yaradacaq zərərli fəsadlarından, narkotik maddələrin törətdiyi fəlakətlərdən, erkən və gecikmiş nikahların gələcəkdə yaradacağı mənfi problemlərdən bəhs etmişdir.
Sonda həkim tələbələrin çoxsayı suallarını cavablandırmış, onların ətraflı, inandırıcı məlumatlara malik olmalarına imkan yaratmışdır. Tələbələr maraqlı keçən görüş üçün Məhəbbət həkimə və Tələbə Gənclər Təşkilatına öz minnətdarlıqlarını bildirmişlər.