Seminar : “İnsan alverini dayandıraq”
Aprelin 22-də Gəncə Dövlət Universitetində (GDU) “İnsan alverini dayandıraq!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, rektorun baş müşaviri Asif Cavadov tədbiri açaraq, ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb.
Bildirilib ki, tədbirin məqsədi bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedurla və şərtlərlə tanış etməkdir. Baş müşavir Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən geniş miqyaslı tədbirlər həyata keçirildiyini diqqətə çatdıraraq gəncləri hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, but əhlükədən uzaq durmağa çağırıb.
Daxili İşlərNazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru Rafiq Məmmədov Prezident İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın uğurla icra olunduğunu vurğulayıb. İnsan alverinin bəşəriyyətin qlobal problemlərindən biri olduğunu bildirərək, dövlətimizin insan alverinə qarşı apardığı mübarizə tədbirləri və bu sahədə mövcud qanunvericiliklə bağlı zəruri məlumatlar verib. Qeyd edilib ki, ölkəmiz insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bu cinayət növünə qarşı aparılan qətiyyətli mübarizə öz nəticələrini verməkdədir.
Təmas Regional İnkişaf İctimai Birliyinin əməkdaşları Südabə Məmmədova və Kübra Ələkbərova isə bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alverinin doğurduğu fəsadlar, eləcədə ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Başİ darəsi arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıblar.
Universitetin Humanitar məsəslələr üzrə prorektoru Gülsüm Fətəliyeva tələbələri ndiqqətinə çatdırıb ki, mövzu ətrafında aparılan müzakirələrə diqqətlə yanaşmağa çalışsınlar. Bəşəriyyətin bəlası olan insanalverinin qurbanı olmasınlar.Prorektor bildirib ki, sizə və ətrafınızda olan şəxslərə qarşı bu cinayətlərdən hər hansı biri törədildikdə dərhal lazımi dövlət orqanları ilə əlaqə saxlamağa çalışın.
Sonda tədbir iştirakçılarına mövzuya dair bukletlər paylanılıb.