Sosial məsələlər, gənclərlə iş üzrə rektorun müşaviri

Məmmədova Lalə Yaşar qızı

09 avqust 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur.
2007-2011-ci illərdə Gəncə Dövlət Universitetinin Tarix ictimaiyyət ixtisası üzrə, 2012-2016-cı illər İqtisadiyyat ixtisasında bakalavr təhsil səviyyəsində təhsil almışdır.
2020-2024-cü illər Türkiyə Respublikasının Eskişehirdə yerləşən Anadolu Univesitetinin “Sosial Bilimlər Enstitüsü” Tarih Ana Bilim Dalı ixtisası üzrə magistratura təhsili almışdır.
2012-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında lobarant, 2019-cu ildə həmin kafedranın baş lobarantı vəzifələrində çalışmışdır.
18 iyul 2023-cü il tarixdən rektorun köməkçisi vəzifəsində çalışmış, 18 dekabr 2024-cü il tarixdə isə rektorun müşaviri vəzifəsinə təyin edilmişdir. 03 iyul 2025-ci il tarixdən Sosial məsələlər, gənclərlə iş üzrə rektorun müşaviri vazəfəsinə təyin edilmişdir. Hal-hazırda Sosial məsələlər, gənclərlə iş üzrə rektorun müşaviri vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. Bir övladı var.