Təcrübə və karyera şöbəsinin əməkdaşları 2, 4, 6, 39 və 43 saylı məktəblərdə
19 aprel 2017 – ci il tarixdə Təcrübə və karyera şöbəsinin əməkdaşları tərəfindən 2, 4, 6, 39 və 43 saylı orta məktəblərdə təcrübədə olan tələbələrə metodiki kömək göstərildi və növbəti sınaq dərsləri ilə bağlı sənədləşmə işləri nəzərdən keçirildi.
- Əhməd Cavad adına 2 saylı məktəbdə Riyaziyyat – informatika fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələri: Abbasova Şahnaz Rasim qızı, Ağayeva Vüsalə Fikrət qızı, Allahverdiyeva Günay Sahib qızı, Əliyeva Şəlalə Əflatun qızı və Kərimli Xumarə Vidadi qızının təcrübə rəhbəri baş müəllim Ənvər Gəncəliyevin iştirakı ilə sənədləri yoxlanıldı və onlar növbəti sınaq dərslərinə hazırdırlar.
- Cəfər Cabbarlı adına 6 saylı məktəbdə Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələri: Xasıyeva Brilyant Şahin qızı, Zeynalova Günel Rafiq qızı və Məcidli Xanım Ələsgər qızının təcrübə rəhbərlərinin iştirakı ilə; Tarix – coğrafiya fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının tələbələri Məmmədova Səhər Vahid qızı, Musayeva Aidə Adil qızı, Osmanova İlahə Aydın qızı,Qurbanova Nəzifə Bəşir qızı və Şərifova Elvin Famil oğlu təcrübə rəhbəri baş müəllim Asim Mahmudovun iştirakı ilə; Riyaziyyat – informatika fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələri: Sirəcli Gülgəz Sadıq qızı və Hüseynova Vəsmə Rəfail qızının təcrübə rəhbərlərinin iştirakı ilə; Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi ixtisasının tələbələri: İsmayılova Günay Bakir qızı, Süleymanzadə Əfsanə Məqsəd qızı və Zeynalova İlahə Fikrət qızının təcrübə rəhbərlərinin iştirakı ilə sənədləri yoxlanıldı və onlar növbəti sınaq dərslərinə hazırdırlar.
- Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə Pedaqoji fakültənin İbridai sinif müəllimliyi ixtisasının tələbələri: (6 №-li məktəb) İsmayılova Günay Bakir qızı, Zeynalova İlahə Fikrət qızı, (4 №-li məktəb) Kazımova Aysel Surxay qızı, Yaqubova Günel Nemət qızı; (43 №-li məktəb) Musayeva Lalə Şahin qızı, Musazadə Aynurə Cuma qızı, Səmədova Zülfiyyə Vəlyəddin qızı, Rüstəmzadə Elminə Ucar qızı; (39 №-li məktəb) Axverdiyeva Nərminə Fizuli qızının təcrübə rəhbərlərinin iştirakı ilə onların sənədləri yoxlanıldı, həmin tələbələrə metodiki məsləhətlər verildi və onlar növbəti sınaq dərslərinə hazırdırlar.
Həmin məktəblərdə pedaqoji təcrübəyə məktəb kollektivi tərəfindən yüksək səviyyədə qayğı göstərilir, onlar üçün zəruri şərait yaradılıb. Beləliklə, universitetimiz ilə yuxarıda adları göstərilən məktəblərin əməkdaşlığı davam etməkdədir.