TƏLƏBƏ VƏ ŞAGİRDLƏR EKSKURSİYADA

27 aprel 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin bir qrup tələbəsi  27 nömrəli lisey məktəbin 25-ə yaxın şagirdi ilə birlikdə Qala qapıları muzeyinə və Həydər Əliyev Mərkəzinə maraqlı ekskursiyada olmuşlar. Ekskursiya müddətində şagirdlərə  Gəncə Dövlət Universiteti haqqında geniş məlumat verilmişdir.

Layihənin reallaşmasında əsas məqsədlərdən biri də  tələbələrlə şagirdlərin bir-birini tanımaları, dostluq münasibətlərinin qurulması, Vətənə, onun tarixinə, qəhrəman oğullarına  qarşı sevgilərinin, təhsilə həvəslərinin artırılması idi.

Ekskursiya tələbə və şagirdlərin hədsiz marağına səbəb olmuşdur. Bundan sonra da bir yerdə belə tədbirlərin təşkilində iştirak edəcəkləri planlaşdırıldı.