GDU-nun tələbələri Məhsəti Gəncəvi Mərkəzində ekskursiyada olublar

        Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Riyaziyyat-informatika fakültəsinin bir qrup tələbəsi Məhsəti Gəncəvi Mərkəzinə ekskursiya edib.  

    Gənclər şairənin həyat və yaradıcılığı haqqında sərgilənən portret xalçalar,  intibah dönəmində xanımlara xas milli geyim nümunələri və  Məhsəti Gəncəvi rübailərinə həsr edilmiş tablolar ilə yaxından tanış olublar.

    Mərkəzlə tanışlıq zamanı tələbələrə görkəmli şairənin yaradıcılığı barədə geniş məlumat verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti