TƏLƏBƏLƏR NİZAMİ GƏNCƏVİ MƏQBƏRƏ KOMPLEKSİNƏ EKSKURSİYA EDİBLƏR

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının və Filologiya  fakültəsinin təşəbbüsü ilə tələbə gənclərin Nizami Gəncəvi Muzeyinə və məqbərəsinə ekskursiyası təşkil olunub.

Ekskursiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub.

Daha sonra ekskursiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər.

Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub, bir il sonra Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı istifadəyə verilib.

Burada tələbələr vaxtilə dahi şairin əsərlərinə həsrolunan və hazırda dünyanın Metropoliten, Viktoria Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə” motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.